Fitch Türkiyənin kredit reytinqini təsdiq edib
Türkiyənin kredit reytinqi BB- səviyyəsində, proqnozu isə stabil olaraq təsdiqlənib.Beynəlxalq kredit reytinqi agentliyi "Fitch" Türkiyənin kredit reytinqini yenidən "BB-" səviyyəsində, "stabil" proqnoz ilə təsdiqləyib.
Marja Fitch-in açıqlamasına istinadən xəbər verir ki, Türkiyənin reytinqi yüksək inflyasiyanı, yüksək maliyyə tələbləri kontekstində aşağı xarici likvidliyi və daha zəif idarəetməni əks etdirir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ötən ilin dekabr ayından bəri ardıcıl iki dəfə faiz dərəcəsini 2,50 faiz bəndi endirməklə monetar yumşaltma dövrünə başladığı və pul siyasəti faizini 45 faizə endirdiyi xatırladılıb və faiz dərəcəsini daha aşağı salacağı proqnozlaşdırılıb. Fitch, TCMB-nin pul siyasəti faizini 2025-ci ilin sonuna qədər 28%-ədək salacağını gözləyir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının keçən il 14 milyard dollar artaraq 155 milyard dollara çatdığı və tərkibin əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeyd edilən açqılamada, müsbət real faiz dərəcələri, aşağı cari kəsir və kapital axınının xarici buferlərdəki yaxşılaşmanın qalıcılığını dəstəkləyə biləcəyi vurğulanıb.
Orta illik inflyasiyanın 2024-cü ildəki 60,2 faizdən 2025-ci ildə 32,8 faizədək azalacağı proqnozlaşdırılır.
"Türkiyə "B" və "BB" reytinqli ölkələr arasında ən yüksək inflyasiyaya malik olmağa davam edəcək. Hələ də yüksək proqnozlaşdırılan inflyasiyanı və qeyri-sabit bazar əhval-ruhiyyəsini nəzərə alaraq, pul siyasətinin sürətlə yumşaldılmasını görməyəcəyik. Sərt pul siyasətindən sürətli imtina etmək inflyasiya təzyiqlərini və beləliklə, makro-maliyyə sabitliyi və tədiyyə balansı risklərini yenidən alovlandıra bilər", - Fitch bildirib.
Türkiyədə iqtisadi artımın 2024-cü ildə 2,9 faizə qədər yavaşlaması gözlənilir və 2025-ci ildə 2,6 faiz səviyyəsində reallaşa bilər ki, bu da sərt pul siyasətinin davam etməsinin, əhəmiyyətli fiskal konsolidasiya və mülayim minimum əmək haqqı artımı ilə əlaqədar olacaqdır.
Keçən ilin sentyabrında Fitch Türkiyənin kredit reytinqini "B+"dan "BB-" səviyyəsinə qaldırıb və proqnozu “müsbət”dən “stabil”ə endirib.
Başqa bir kredit reytinq agentliyi olan "Moody's", keçən həftə Türkiyənin kredit reytinqini qiymətləndirməyi təxirə salıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























