Pessimist ssenaridə 1 milyard 879 milyon manat kəsir ola bilər - NEFT FONDUNUN 2025 BÜDCƏSİNƏ RƏY
Dövlət Neft Fondunun 2025-ci il üçün büdcəsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi 5 maddədən ibarət olmaqla tərtib olunmuş, layihənin 1-ci maddəsində Fondun büdcə gəlirləri 14 452,5 mln. manat, büdcə xərcləri 14 640,4 mln. manat məbləğində təqdim olunmuş, 2-ci maddəsində isə Fondun gəlirlərinin formalaşma mənbələri göstərilmişdir. Fərman layihəsinin 3-cü maddəsində Fondun xərc istiqamətləri, 4-cü maddəsində vəsaitin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) və Dövlət Neft Fondunun 2025-ci il üçün investisiya siyasəti verilmişdir. Fərman layihəsinin 5-ci maddəsi ilə Dövlət Neft Fondunun 2025-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihəsi verilmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Qeyd edilib ki, cari il üçün ilkin təsdiq edilmiş Fondun büdcəsi ilə müqayisədə xam neftin satış qiymətinin 10,0 ABŞ dolları artıq nəzərdə tutulmasına, ilk dəfə olaraq Fondun gəlirlər hissəsinə yeni gəlir mənbəsinin əlavə edilməsinə (neft-qaz layihələrinin həyata keçirilməsilə bağlı dvidendlər 396,2 mln. manat) baxmayaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın həcminin azalması və Şahdəniz yatağı üzrə qaz hasilatının təxminən eyni, qiymətinin isə az olması, transfert həcminin isə maksimum həddində nəzərdə tutulması, Fondun büdcəsinin kəsirlə (-187,8 mln manat) formalaşmasının proqnozlaşmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il ilkin və dürüstləşdirilmiş, 2025-ci il büdcəsi aşağıdakı gəlir və xərc istiqamətləri üzrə formalaşmışdır
ARDNF-nin 2025-ci il büdcəsində baza proqnozuna əsasən 187,8 mln. manat kəsir nəzərdə tutulsa da, neftin qiymətinə bağlı olaraq büdcə balansı pessimist ssenaridə 1 878,9 mln. manat kəsirə, optimist ssenaridə isə 1 503,0 mln.manat profisitə dəyişə bilər
Fondun büdcəsində götürülən 1 barel neftin orta illik ixrac qiymətinə uyğun ARDNF-nin növbəti il üzrə büdcə gəlirləri 8 501,5 mln. ABŞ dolları və ya 14 452,5 mln. manat proqnozlaşdırılmışdır. ARDNF-nin xərcləri 8 611,9 milyon ABŞ dolları və ya 14 640,2 milyon manat olmaqla, növbəti büdcə ilində büdcə kəsirinin 110,4 mln. ABŞ dolları və ya 187,8 mln. manat həcmində olması proqnozlaşdırılmışdır. Bundan əlavə İqtisadiyyat Nazirliyinin məlumatına əsasən növbəti ildə neftin pessimist və optimist qiymətləri uyğun olaraq 60 və 80 ABŞ dolları götürülmüşdür. Həmin ssenarilərə uyğun ARDNF-nin büdcə gəlirləri pessimist ssenaridə 7 506,7 mln. ABŞ dolları və ya 12 761,3 mln. manat, optimist ssenaridə isə 9 496,0 mln. ABŞ dolları və ya 16 143,2 mln. manat proqnozlaşdırılır ki, bu göstəricilərə uyğun olaraq Fondun büdcə kəsirinin pessimist ssenaridə 1 105,2 mln. ABŞ dolları və ya 1 878,9 mln. manat və optimist ssenaridə büdcə profisitinin 884,1 mln. ABŞ dolları və ya 1 503,0 mln. manat olması proqnozlaşdırılır
Qeyd edilib ki, Fondun büdcəsinin kəsirlə proqnozlaşdırılması və icra olunması təqdirdə, Fondun idarəetməsində olan vəsaitlərin azalması ilə yanaşı vəsaitlərin idarəedilməsinə də təsirini şərtləndirməkdədir.
Fondun 2024-cü il dürüstləşmiş büdcəsinin gəlirləri 14 109,2 mln. manat, büdcə xərcləri 12 904,9 mln. manat, büdcə balansı 1 204,3 mln. manat profisitlə icra olunması proqnozlaşdırılmışdır. Ümumilikdə Fondun gəlirlər istiqamətini iki istiqamət üzrə qruplaşdırsaq, gəlir komponentlərinin reallaşmış və reallaşmamış olaraq qeyd etsək, 2024-cü il üzrə Fondun büdcəsinin proqnozunda reallaşmış gəlirlərinin həcmi 10 977,3 mln. manat (Fondun büdcə gəlirləri çıxılsın Fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər), büdcə xərclərinin həcmi isə 12 904,9 mln. manat olması proqnozlaşdırılmışdır ki, 1927,6 mln. manat və ya 1 133,9 mln. ABŞ dolları həcmində vəsaitin Fondun idarəetməsində olan vəsaitin azalması hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Fond tərəfindən təqdim edilən 2024-cü ilin sonuna gözlənilən gəlirlərin 15 778,6 mln. manat, idarəetmə gəlirlərinin 3 328,2 mln. manat, xərclərinin isə 12 904,9 mln. manat olması proqnozlaşdırılır ki, kəsir məbləğinin 454,5 mln. manat vəsait qədər idarəetmədə olan vəsaitin azalmasını qaçılmaz edir. Təqdim edilmiş 9 aylıq faktiki icra məlumatlarına əsasən Fondun gəlirləri 15 004,0 mln. manat, reallaşdırılmış gəlirləri 9 424,1 mln. manat, büdcə xərcləri isə 9 634,5 mln. manat təşkil etmişdir ki, nəticədə büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə Fondun 210,4 mln. manat və ya 123,8 mln. ABŞ dolları vəsait idarəetmədə olan vəsaitin azalması hesabına ödənilmişdir.
Proqnozlaşdırılmış Neft Fondunun 2025-ci il büdcəsinə də eyni yanaşma ilə baxıldıqda faktiki Fondun investisiyaları hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş vəsaitin həcmi 3 650,0 mln. manat və ya 2 147,1 mln. ABŞ dolları təşkil etməkdədir.
Qeyd edilib ki, Fondun büdcəsinin uzun müddət bu istiqamətdə (kəsirlə) icrası bir sıra risklər yaratmaqdadır.
Belə ki,
Vəsaitin azalması riski: Fondun büdcə kəsirinin maliyyələşdirilməsi üçün idarəetmədə olan vəsaitin azalması, Fondun maliyyə dayanıqlılığına təsir edən əsas faktorlardandır.
Gəlirlərin realizasiyası riski: Proqnozlaşdırılan gəlirlərin reallaşmaması, xüsusilə investisiya gəlirlərinin gözlənilən səviyyədə olmaması.
GƏLİRLƏR
2025-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti 70,0 ABŞ dolları məbləğində, qazın qiymətinin isə cari illə müqayisədə az proqnozlaşdırlması fonunda Fondunun növbəti il üçün gəlirləri cari ilin dürüstləşdirilmiş proqnozlaşdırılan gəlirlərindən təqribən 2,4% çox, gözlənilən icra göstəricilərindən isə 8,4 % az nəzərdə tutulmuşdur.
Fərman layihəsinə əsasən 2025-ci il üzrə Fondun büdcə gəlirləri 14 452,5 mln. manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2023-cü ilin müvafiq icra göstəricisindən 7 209,5 mln. manat və ya 33,3% az, 2024-cü ilin təsdiq olunmuş büdcə gəlirindən 343,2 mln. manat və ya 2,4% çox, 2024-cü ilin gözlənilən icra göstəricisindən isə 1 326,1 mln. manat və ya 8,4% azdır.
2025-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 70,0 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 364,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülmüşdür.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
2 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
2 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Ən çox oxunanlar
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
















