İqtisadi Şuranın iclası keçirilib
Bu gün İqtisadi Şuranın iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və İqtisadi Şuranın 2025-ci il üzrə Fəaliyyət Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə bağlı məsələlər, ölkəmizin beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2024-cü il üzrə Fəaliyyət Hesabatı və 2025-ci il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da Naxçıvan Muxtar Respublikasında AİZ yaradılması ilə bağlı çıxışlar edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)













.jpg)




