“İmprotex İndustries”-in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib
“Improtex” şirkətlər qrupu ilə Səudiyyə Ərəbistan Krallığı arasında uzunmüddətli əlaqənin əsasları qoyulAzərbaycanda “İmprotex İndustries” zavodunun istehsal etdiyi “Revival” mexaniki minatəmizləyən texnikaları xaricdə artan maraqla qarşılanır. Bu istiqamətdə növbəti vacib addım Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi tərəfindən atılmışdır. 13-15 yanvar 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana işgüzar səfər gerçəkləşdirmişdir. Səfər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Səfər çərçivəsində “İmprotex” Şirətlər qrupunun təmsilçiləri ilə görüşlər keçirilmişdir. Bu görüşlər zamanı Səudiyyə Ərəbistanına “Revival” markalı texnikaların ixracı potensialı və minatəmizləmə sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunmuşdur.
Nümayəndə heyəti həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmiləri ilə görüş keçirmişdir. Bu görüş çərçivəsində nümayəndə heyəti Qarabağa səfər etmiş, orada “Revival” texnikalarının real əməliyyat şəraitində sınaqdan keçmə prosesini izləmişdir. Bu texnikaların effektivliyi qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində daha bir vacib görüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə keçirilmişdir. Bu görüşdə hər iki ölkə arasında hərbi sferada, xüsusilə mühəndis-texniki sahədə əməkdaşlıq perspektivləri dərindən müzakirə olunmuşdur.
Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində də görüş keçirmişdir. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın müdafiə sənayesi məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması üzrə imkanların genişləndirilməsi müzakirə olunmuşdur.
Bundan əlavə nümayəndə heyəti “Improtex industries” zavodu tərəfindən ilkin prototipi hazırlanmış və gələcəkdə davamlı istehsalına başlanacaq tam yerli istehsal olan İTX 6L, İTX 15M və İTX 20H model zirehli hərbi avtomobillərlərinə baxış keçirmiş və onların perspektivi ilə tanış olmuşdurlar.
Görüş əsnasında “Improtex” şirkətlər qrupu ilə Səudiyyə Ərəbistan Krallığı arasında uzunmüddətli əlaqənin əsasları qoyulmuşdur.
Bu səfər, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dərinləşən müdafiə, iqtisadiyyat və texnoloji əməkdaşlığın növbəti nümunəsidir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















