Azərbaycan banklarından səhmdarlarına 610 milyon manatlıq ödəniş
Azərbaycan bankları səhmdarlarına 2023-cü il ərzində 456 milyon manat, 2024-cü ildə isə 610 milyon manat dividend ödənişi həyata keçiriblər.
Bu barədə Marja.-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bank sektorunda yüksək mənfəətlilik və və kapitallaşma səviyyəsi mövcuddur. 2024-cü ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə etmiş, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 milyard manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub. Bu şəraitdə banklar 2023-cü il ərzində 456 milyon manat, 2024-cü ildə isə 610 miylon manat dividend ödənişi həyata keçirib.
2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 18 saat əvvəl
-
18 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















