“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən ilin son 4 ayı artım tendensiyası sərgiyələn ABŞ dolları cari ilin ilk həftəsində də bahalaşmaqda davam etdi. Belə ki, EUR/USD, GBP/USD valyuta cütlükləri 1.0225 və 1.2350 səviyyələrinə qədər ucuzlaşdı, USD/JPY, USD/CHF məzənnələri isə bahalaşaraq müvafiq olaraq 157.820 və 0.9140 hədlərini test etdi. Qızılın qiyməti isə 2636$ həddinə kimi ucuzlaşdı.
Cari ticarət həftəsində isə bazar ertəsi Amerikada, Avozonada, Almaniyada və İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, çərşənbə axşamı Avrozonada yayımlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və Amerikada Boş İş Yerləri və Vakansiyalar Hesabatı (JOLTS), çərşənbə günü FED-in Federal Açıq Bazar Komitəsinin son toplantısının dərc olunacaq protokolları, ən əsası isə, cümə günü Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatı birjaların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftə 1.0225 səviyyəsinə qədər kəskin ucuzlaşan EUR/USD məzənnəsi hazırda 1.0315 səviyyəsində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Ayılar” qiyməti 1.05$ həddinin altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2575 səviyyəsində başlayan GBP/USD məzənnəsi ucuzlaşaraq 1.2350 həddini test etdikdən sonra, buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 1.2425 səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
XAUUSD
Son həftələrdə üfüqi dalğalanma sərgiləyən qızıl ötən həftə 2665$-a kimi bahalaşdı Daha sonra bu səviyyədə “ayılar”ın müqaviməti ilə üzləşən “sarı metal” 2640$-a kimi ucuzlaşdı. Hazırda da 2640$-dan təklif olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2637$, 2616$ və 2600$ hədləri çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 14 d. əvvəl
-
24 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
33 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 51 d. əvvəl
-
52 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib






















