Faiz endirimi proqnozları aşdı! Dollar/TL məzənnəsində son vəziyyət!
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 22 aydan sonra əsas pul siyasəti faizini (uçot dərəcəsini) 50 faizdən 47,50 faizə endirərək proqnozların üzərində faiz endirimi edib. Marja xəbər verir ki, qərardan sonra ABŞ Dolları/Türkiyə Lirəsi məzənnəsi diqqət mərkəzindədir. Bəs Dollar/TL-də son vəziyyət necədir?
İqtisadçılar 1,50 faiz bəndi endirim edəcəyini gözləyərkən, TCMB əsas faizini 2,50 faiz bəndi azaltdı.
Günə 35,2603 TL səviyyəsində başlayan dollar hazırda üfüqi kursunu davam etdirir. Saat 15:29-a olan məlumata görə, Dollar/TL məzənnəsi 35,21 səviyyəsindədir.
Bu gün Dollar/TL məzənnəsində ən yükəsk səviyyə 35,30 lirə olub.
Son günlər TCMB-nin yumuşaq pul siyasətinə başlayacağı gözləntiləri ilə Türkiyə Lirəsi ucuzlaşıb. Dollar/TL əvvəlki həftəni 0,8% yüksələrək 35,2269 səviyyəsində bağlamışdır.
Dollar psixoloji hədd olaraq hesab edilən 35 Türkiyə lirəsini keçdiyi gündən davamlı olaraq yeni rekordlar qırmışdı. ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra Dollar/TL məzənnəsinin yüksəlməsi sürətlənmişdi.
TCMB-nin faiz endirimi ehtimalı ötən günlərdə məzənnədə əks olunmuşdur. Bu səbəbdən faiz qərarı açıqlandıqdan sonra məzənnə kəskin reaksiya verməyib. Çünki faiz endirimi qərarı gözlənilirdi.
"AA Finance"ın sorğusuna qatılan iqtisadçılar bu gün TCMB-nin faizini 1,50 faiz bəndi azaldaraq 48,50 faizə endirəcəyini gözləyirdilər. İqtisadçıların 2025-ci ilin sonu üşün faizi proqnozları 29,50%-dir.
Xarici banklar nə deyirdi?
Qlobal investisiya banklarından "Morgan Stanley" 2 faiz bəndi, "Deutsche Bank" və "JPMorgan" isə 1,50 faiz bəndi endirim gözlədiyi halda, "Goldman Sachs" faiz endirimini gözləmirdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























