Türkiyə aviaşirkəti Boeing-dən 36 milyard dollarlıq təyyarələr alır
Türkiyə aviaşirkəti Pegasus, mövcud sifarişlərə əlavə olaraq, Boeing ilə əlavə təyyarə alışı müqaviləsi imzaladığını açıqlayıb.
Marja xəbər verir ki, 2028-ci ildə və sonrakı illərdə alınacaq təyyarə ilə bağlı müqavilənin ümumilikdə 200 ədəd Boeing 737-10 tipli sərnişin təyyarəsini əhatə etdiyini açıqlayan Pegasus Hava Yolları, bu təyyarələrdən 100-ü üçün yekun sifariş verildiyini, digər 100-nün opsion kimi sifariş olduğunu qeyd edib (bu da sonrakı illərdə qəti sifarişə çevrilə bilər).
Pegasus-un açıqlamasında deyilir:
“Mövcud təyyarə sifarişlərimizə əlavə olaraq, şirkətimiz 2028-ci il və sonrakı illərdə təyyarə ehtiyaclarımız üçün apardığımız araşdırmalar nəticəsində The Boeing Company ilə ümumilikdə 200-ə qədər Boeing 737-10 model təyyarəsini əhatə edən müqavilə imzalayıb. Şirkətimizə 2028-ci ildə təhvil veriləcək 100 ədəd Boeing 737-10 təyyarəsi üçün yekun sifariş verilib. Həmçinin digər 100 təyyarə üçün opsion sifarişi razılaşdırılıb.
Müqavilənin ümumi dəyəri, bütün opsiyaların həyata keçirildiyini nəzərə alsaq, 200 ədədBoeing 737-10 təyyarəsi üçün təxminən 36 milyard ABŞ dolları təşkil edir".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























