"Xurma bağlarda qalıb, qiymət 20 qəpiyə düşsə də, alıcı tapılmır"
Tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur. Xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatırBu il havaların əlverişli keçməsi sayəsində Xaçmaz və Şabran rayonlarında salınmış xurma bağlarında bol məhsul yetişdirilib. Bununla belə, məhsul bolluğuna baxmayaraq, sözügedən rayonların fermerləri yetişdirdikləri meyvənin satışında problemlə üzləşiblər.
Təsərrüfat sahibləri bu il satışının çox zəif olduğunu, bu vəziyyətin onları maddi zərərə uğratdığını deyirlər. O baxımdan, fermerlərin əksəriyyəti yetişdirilməsi üçün əziyyət və xərc çəkdikləri xurmanı dəyər-dəyməzinə satmaqdansa, məhsulu ağacda saxlamağa üstünlük verir. Nəticədə tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur.
Bağ sahibləri deyirlər ki, xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatır. Onların sözlərinə görə, alverçilər bağlardan xurmanın bir yeşiyini (təqribən 10 kiloqram) 2 manata alırlar. Bu isə o deməkdir ki, xurmanın hər kiloqramından fermerə cəmi 20 qəpik qalır. Ona görə də kəndlilər xurmanı alverçilərə “hədiyyə etməkdənsə”, məhsulu ağacda saxlamağı daha münasib sayırlar.
Məsələ ilə bağlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib ki, rayonda salınmış 759,5 hektar xurma sahəsindən 730 hektarı meyvə verən ağaclardan ibarətdir. Qeyd olunub ki, bu il Xaçmazda 6 min 924 ton xurma yığılıb. Bu da hər hektara 94 sentner məhsuldarlıq deməkdir:
“Hazırda xurma yığımı davam edir. Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdirirlər. Son illər satış zəif olduğundan, fermerlər xurmadan daha gəlirli olan alma, üzüm və gilas kimi məhsuldar meyvələr yetişdirməyə çalışırlar. Xurma hava şəraitinə görə əsasən Aran rayonlarında yetişdirilir və xarici bazarlara çıxarılır. Şimal bölgəsində yetişən xurma isə daha çoxu daxili bazara çıxarılır, qismən də Rusiyaya ixrac olunur”.
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumat verilib ki, rayonda ümumi sahəsi 158,1 hektar olan xurma bağlarından bu il 689,08 ton məhsul yığılıb. Hər hektar üzrə məhsuldarlıq 45,1 sentner təşkil edib.
Həm Xaçmaz, həm də Şabran DAİM-ləri satışın zəif olmasını xurmaçılığın bu rayonların kənd təsərrüfatında əsas sahələrdən biri olmaması ilə izah ediblər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























