Azərbaycana Hindistan, İspaniya və Cənubi Koreyadan gələnlərin sayı 2 dəfə artıb
Dövlət Statistika Komitəsi "Turizmin mövcud vəziyyəti haqqında" başlığı ilə məlumat yayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195 ölkəsindən 2 milyon 412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 16,1 faizi Türkiyə, 8,9 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, 1,8 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45,0 faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan - 37,0 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan - 28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz, Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, Səudiyyə Ərəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən - 20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz, Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artmışdır.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























