Naxçıvanın Baş naziri müşavirə keçirdi
Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə müşavirə keçirilib.
Bu barədə Marja-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, müşavirəni giriş sözü ilə açan Baş nazir bildirib ki, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.Həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıb. Davamlı iqtisadi islahatlar nəticəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir.
Baş nazir vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunduğunu diqqətə çatdırıb.Qeyd edib ki, büdcə gəlirləri yerli daxilolmalar hesabına artırılıb ki, bu da ilk dəfə olaraq büdcə daxilolmalarının 49 faiz hissəsi yerli büdcə hesabına başa gəlib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri 2025-ci il büdcəsinin icrasına başlayacaq qurumlara hər bir istiqamət üzrə xərclərin icrası ilə bağlı müvafiq göstərişlər verib. Müvafiq icra orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə elektron sistemlərin ölkənin anoloji qurumlarının sistemlərinə inteqrasiyanın sürətlənməsini, işgüzar əlaqələrin daha da sıx qurulmasını və onların əldə etdiyi təcrübələrdən yararlanmağı tövsiyə etmiş, aidiyyəti qurumlara bir sıra tapşırıqlar vermişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin 11 aylıq icra vəziyyəti,”Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və ”Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan və Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsində əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) maliyyələşdirilməsi təklif edilən layihələrin ciddi texniki əsaslandırmalar aparılaraq hazırlanması tapşırıqları verilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur Ibrahimovun, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadənin, Nazirlər Kabinetinin Aparat rəhbəri Sahir Rüstəmovun çıxışları dinlənilmişdir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 1 d. əvvəl
-
3 d. əvvəl
İnternet provayderləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir
-
-
6 d. əvvəl
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
- 25 d. əvvəl
-
28 d. əvvəl
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
- 30 d. əvvəl
-
1 saat əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Neft ucuzlaşmaqda davam edir
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb





























