Azərbaycanda ilk dəfə: Qaragilə üzrə15000 manat birdəfəlik əkin subsidiyası veriləcək
2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, qaragilə (mavigilə) yüksək ixrac potensialına sahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olması səbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinə maraq artıb.
Müqayisəli üstünlüyə malik qaragilə (mavigilə) bitkisinin becərilməsi çox xərc tələb etdiyindən, dövlət tərəfindən bu xərclərin bir hissəsinin qarşılanması siyasəti həyata keçirilir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına şamil olunur.
Qeyd edək ki, hazırda ölkəmizin müxtəlif bölgələrində qaragilə (mavigilə) yetişdirilir. Bu giləmeyvənin əkin materialları əsasən, xaricdən gətirilir.
Amma artıq qaragilə (mavigilə) bitkisinin əkin materialının Azərbaycanda da kütləvi istehsalı başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə) bitkisi in-vitro üsulu ilə çoxaldılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























