VTB-dən yeni Dollar/Rubl proqnozu
Rusiya Bankı VTB-nin proqnozuna görə, 2025-ci ilin sonuna dolların məzənnəsi baza ssenaridə 108 rubl, mənfi ssenaridə isə 114,5 rubl olacaq.
Marja xəbər verir ki, Bankın proqnozuna görə, gələn il Rusiyada inflyasiya hədəf səviyyəsindən yuxarı qalacaq və 23%-ə çata bilər.
Qeyd edək ki, bu gün 1 dollar 105 rubl təşkil edir.
VTB-yə görə, gələn il Dollar/Rubl üzrə məzənnə orta hesabla 106,1 rubl, mənfi ssenaridə 110,2 rubl, müsbət ssenaridə 98,3 rubl ola bilər.
VTB-nin baza ssenarisinə görə, idxalın normallaşdırılması kontekstində xarici şokların olmaması şəraitində belə rubl tədricən dəyərdən düşəcək. Rusiya valyutası Milli Sərvət Fondunun vəsaitləri hesabına Mərkəzi Bank tərəfindən satışlarla dəstəklənir. VTB güman edir ki, bu əməliyyatlar gələn il də davam edəcək. Həmçinin bank vurğulayır ki, rubla Mərkəzi Bankın sərt pul-kredit siyasəti müsbət təsir edir,
VTB rubl üçün əsas riskləri - "neft və neft məhsullarının ixracının azalması, eləcə də ixrac gəlirlərinin alınmasında gecikmələr" olaraq görür. Bundan başqa, ortamüddətli dövrdə büdcə xərcləri Rubla mənfi təsir göstərəcək: çünki artan büdcə xərcləri idxala əlavə tələbat yaradacaq və bu da valyutaya tələbin artması ilə Dolları bahalaşdıracaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























