“PASHA Bank Hackathon”a qeydiyyat artıq başladı
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" texnologiya və bankçılıq həlləri sahələrində yenilikləri təşviq etmək məqsədi ilə hakaton elan edir.
“PASHA Bank Hackathon”un əsas məqsədi innovativ rəqəmsal məhsullar yaratmaq, eləcədə texnoloji həllər və startaplarla maraqlanan iştirakçılar arasında yaradıcılığı dəstəkləməkdir.
Bu müsabiqə, bank sektorundakı mövcud çağırışları təhlil edərək, tətbiq oluna bilən ideyaları aşkar etdirməkdir. İştirakçılar, “PAŞA Bank”ın strateji məqsədlərinə uyğun həllər təklif edərək, bankçılıq sahəsindəki çağırışlara cavab verən innovativ məhsullar yaratmaq fürsəti əldə edəcəklər. “PASHA Bank Hackathon” istedadların cəlbini, biznesdə yeni yanaşmaların tətbiqini, eləcə də müştəri ehtiyaclarına uyğun məhsulların, o cümlədən Əlavə Dəyər Xidmətlərinin yaradılmasını hədəfləyir.
Müsabiqəyə yerli bazarda fəaliyyət göstərən peşəkarlar dəvət olunur. “PASHA Bank Hackathon”un qaliblərinə ümumilikdə 16,000 AZN dəyərində mükafat təqdim ediləcək:
- 1-ci yer: 8,000 AZN
- 2-ci yer: 5,000 AZN
- 3-cü yer: 3,000 AZN
İştirak etmək istəyənlər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son tarix 15 dekabr 2024-cü ildir.
"PAŞA Bank" Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi və müştəriyə yönəlmiş yanaşma vasitəsilə maliyyə sektorunda innovasiya və inkişafın təşviqini davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























