Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib
(®) Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhbər tutan Unibank, ölkəmizin “təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək” milli prioritetinin dəstəklənməsi baxımından daha bir addım atıb.
Bank tərəfindən Müşfiqabad ərazisində 500 ağac əkilib. Bank əməkdaşları 1 hektara yaxın ərazidə Eldar şamı və Zeytun tinglərinin əkinini həyata keçiriblər. Ağacəkmə aksiyasına “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilati dəstək verilib.
Hər iki ağac növü hava keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə təsiri baxımından əhəmiyyətli qiymətləndirilir. Belə ki, bir zeytun fidanı ildə təxminən 1-5 kq və bir Eldar şamı fidanı isə 1-4 kq karbon udur.Yetkin mərhələdə bu sayda zeytun və şam ağacları ildə 6-8 ton və daha çox karbon udma potensialına malikdirlər.
Xatırladaq ki, yeni inkişaf strategiyasına uyğun olaraq, Unibank tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində yaşıl layihə maliyyələşdirilmələri aparılır. Bank tərəfindən artıq müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılışı həyata keçirilib. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və “yaşıl artım”ın təmin edilməsinə töhfə verilməsini hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




