“McDonald’s Azərbaycan” gənclərin ekoloji maarifləndirilməsi üzrə layihəsini başa vurub - VİDEO
(®) “McDonald’s Azərbaycan” və “Care Group” şirkətlərinin birgə həyata keçirdiyi “Eco-Ambassadors” layihəsi uğurla başa çatıb.
Layihə gənclərin ekoloji biliklərinin artırılmasına və onların ətraf mühitlə bağlı müxtəlif fəaliyyətlərdə iştirakına imkan yaratmağa yönəldilmişdir. Layihədə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri iştirak edib.
Layihə yeniyetmələrə ətraf mühitlə bağlı yeni biliklər və praktiki bacarıqlar qazandırmaq, həmçinin onların gündəlik həyatını daha rəngarəng və maraqlı etmək məqsədi daşıyırdı. Bu çərçivədə peşəkar təlimçilər tərəfindən xüsusi kurslar təşkil edilmiş, internat məktəbinin şagirdləri və “McDonald’s Azərbaycan” əməkdaşları birlikdə ağac əkmə və yaşıllıq zonalarının yaradılması kimi ekoloji fəaliyyətlərdə iştirak etmişlər. Bu tədbirlər gənclərin təbiətə daha yaxın olmalarına və onun qorunmasının vacibliyini dərk etmələrinə şərait yaratmışdır.
Layihə sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir ki, bu da onların ekoloji təşəbbüslərə verdiyi töhfəni simvolizə edir. Yeniyetmələr əldə etdikləri biliklər və təcrübə sayəsində ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşma formalaşdırmışlar.
Qeyd edək ki, “McDonald’s Azərbaycan” şirkəti ətraf mühitin mühafizəsinə xüsusi önəm verir. Şirkətin tullantıların azaldılması, plastikdən istifadənin minimuma endirilməsi və qablaşdırma üçün ekoloji cəhətdən təmiz materiallara keçid siyasəti bu məqsədə xidmət edir. Bu səylər dayanıqlı inkişafa və ətraf mühitin gələcək nəsillər üçün qorunmasına töhfə verir.
“Eco-Ambassadors” layihəsi “McDonald’s Azərbaycan” şirkətinin ekoloji strategiyasının bir hissəsi olaraq gəncləri ətraf mühitin qorunması prosesinə cəlb edir və daha məlumatlı və məsuliyyətli nəslin formalaşmasına dəstək verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























