Rusiya Mərkəzi Bankından neftin qiyməti ilə bağlı xəbərdarlıq
Rusiya Mərkəzi Bankı bəyan edib ki, neftin qiymətinin hazırkı səviyyəsi Rusiya iqtisadiyyatı üçün təhlükə yaratmır, lakin bir barel üçün 60 dollardan aşağı düşərsə, çətinliklər yarana bilər.Rusiya Mərkəzi Bankının “Maliyyə Sabitliyi İcmalı” başlığı ilə dərc etdiyi hesabatda qlobal iqtisadiyyatda yavaşlaması təhlükəsinin davam etdiyinə diqqət çəkilib.
Marja xəbər verir ki, inkişaf etmiş ölkələrin sənayelərində yavaşlama olduğuna dair məlumatların yer aldığı hesabatda, "Əmlak bazarındakı problemlərin həlli üçün daxili tələbi stimullaşdırmaq üçün tədbirlər görən Çində iqtisadi artımın yavaşlaması bu il qlobal miqyasda təsir edəcək",- deyilir.
Hesabatda qlobal kapital axınındakı hadisələrin Rusiyaya təsirinin məhdud olduğu, lakin ölkənin əsas ticarət tərəfdaşlarındakı qeyri-sabitliyin dolayı təsir göstərdiyi qeyd edilib.
Qlobal iqtisadi artım və neft qiymətlərində mümkün azalma ilə bağlı narahatlıqların olduğuna diqqət çəkən hesabatda, “Brent markalı neftin barrel qiyməti sentyabr ayında 70 dollardan aşağı düşdü. Sonradan Yaxın Şərqdəki münaqişələr səbəbindən yenidən yüksəldi. Əmtəə qiymətlərindəki enmə tendensiyası davam edə bilər”,- qiymətləndirməsi verilib.
Rusiyada büdcənin neftin 60 dollar/barel qiyməti əsas götürülərək hazırlandığına diqqət çəkilən hesabatda, “Neft qiymətlərinin hazırkı səviyyəsi Rusiya iqtisadiyyatı üçün təhlükə yaratmasa da, bareli 60 dollardan aşağı düşərsə, iqtisadiyyatda və maliyyə bazarlarında çətinliklər ola bilər”,- qeyd edilib.
Hesabatda rublun xarici valyutalara nisbətdə ucuzlaşmasının müvəqqəti olduğu vurğulanıb: “Əvvəlki sanksiyaların göstərdiyi kimi, məhdudiyyətlər xarici iqtisadi fəaliyyət üçün infrastruktur çətinlikləri yaradır, lakin orta və uzunmüddətli perspektivdə məzənnə dinamikası fundamental amillərlə müəyyən edilir."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


















.jpg)






