Daha 8 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-ə çatıb.“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri:
- "Navimax" MMC - GPS izləmə platforması,
- Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi;
- “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;
- “Oenva” MMC - onlayn intellektual oyun platforması;
- "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;
- “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;
- “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;
- “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb


























