Azərbaycanda ilk dəfə – AZTECH-DƏN TƏQDİRƏLAYİQ ADDIM
AZTECH şirkətinin əməkdaşları 27.11.2024-cü il tarixində Bakı şəhər Uşaq Onkoloji Mərkəzdə müalicə alan uşaqları ziyarət ediblər.
Şirkət tərəfindən müalicə alan uşaqlar üçün Mərkəzə MSI CLAW oyun konsolları hədiyyə olunub. Məqsəd video oyunlar oynayaraq, müalicə alan uşaqların ətraf mühitdən və doğmalarından təcridin fəsadlarını minimallaşdırmaq, uşaqları darıxmağa qoymamaq, müalicə zamanı ağrı və həyəcanı azaltmağa kömək etməkdir. AZTECH şirkətinin bu təqdirəlayiq təşəbbüsü ölkəmizdə bir ilk olsa da, amma dünya təcrübəsində artıq tətbiq olunur.
Tədbirdən video görüntülər:
Dünyada aparılan tibbi araşdırmalarda, müxtəlif universitetlərin, pediatriya jurnallarının məqalələrində video oyunların müalicə zamanı ağrı və həyəcanı azaltmağa faydası barədə bugünədək xeyli nəşrlər olmuşdur. Həmin nəşrlərdə bildirilmişdir ki, video oyunlar nəinki stressi azaltmağa kömək edir, eləcə də uşaqların müalicəsi zamanı ağrını azaldır, onları darıxmağa qoymur, tibbi prosedurlardan öncəki stresi minimallaşdırır, qısası oyun terapiyası xarakteri daşıyır.
Şirkət artıq 26 ildir ki, Azərbaycan bazarında ən böyük kompüter idxalçılarından biri kimi uğurla fəaliyyət göstərir və ASUS, LENOVO, MSI kimi dünya brendlərinin ölkəmizdə rəsmi distribyutorudur. Bu təşəbbüs şirkətin sosial yönümlü ilk təşəbbüsü deyil.
Şirkət haqqında daha ətraflı məlumat üçün:https://aztechshop.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























