Azərbaycanın sürtkü yağları şirkətindən 9 ayda 105,5 milyon manatlıq istehsal
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC-nin məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin 9 ayında zavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 27 faizdən çox, yəni 105,5 milyon manatlıq məhsul istehsal olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayında ixrac təqribən 26 faiz artıb. Zavodda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dan çox ölkəsinə ixrac edilib. İnvestisiya dəyəri 15 milyon dollar olan müəssisədə hazırda 178 nəfərlik daimi iş yeri yaradılıb.
Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sürtkü yağları və mayelərin, kimyəvi qatqıların istehsalı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 17 d. əvvəl
-
-
42 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
44 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























