“Bizdən Biznesə” layihəsinə 400-dən çox startap layihəsi ilə müraciət daxil olub
AccessBank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulunun başa çatdığını elan edir.
1 ay ərzində (24 oktyabr - 24 noyabr) müsabiqəyə qoşulmaq üçün Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən müraciətlər daxil olub.
Müsabiqəyə təqdim olunan layihələr müxtəlif sahələri, o cümlədən rəqəmsal texnologiyalar, kənd təssərüfatı, istehsalat, ticarət və xidmət kimi sahələri əhatə edir.
Artıq bu gündən etibarən iştirakçıların ərizələri xüsusi komissiya tərəfindən təhlil edilərək Münsiflər Heyətinə təqdim ediləcək. Bu zaman innovativlik, davamlı inkişaf, iqtisadi səmərəlilik və cəmiyyətə müsbət təsir potensialı kimi meyarlara uyğun gələn layihələr nəzərə alınacaq.
Qalib layihələr 25 dekabr tarixində elan olunacaq.
“Bizdən-Biznesə” layihəsinə olan yüksək maraq bizi çox sevindirir. 400-dən artıq müraciətin daxil olması sürətlə dəyişən iqtisadi şəraitdə kiçik və orta bizneslərin bu formatda dəstəyə ehtiyacının olduğunu sübut edir. AccessBank olaraq müasir sahibkarlıq mühitinin formalaşmasına tövhə verməkdən qürur duyuruq, çünki daxil olunan hər bir layihə təkcə biznes ideyası deyil, həm də iqtisadiyyata, yeni iş yerlərinin yaradılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına doğru bir addımdır”, - bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.
“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edilir.
Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: “Bizdən Biznesə”
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
2 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
3 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib




















.jpg)






