Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı
Kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata çatdırılıb.Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydasından çıxarış:
4. Nizamnamə (şərikli) kapitalının (əmlak haqları) minimum miqdarı
4.1. Hər bir BOKT təşkilati-hüquqi formasına uyğun olaraq nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) malik olmalı və fəaliyyəti dövründə onun bu Qaydanın 4.3-cü bəndində müəyyən edilmiş minimum məbləğdən aşağı səviyyədə olmasına yol verməməlidir.
4.2. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları Qanunun 7.1-ci maddəsinə uyğun olaraq pul şəklində ödənilməli və yalnız manatla formalaşdırılmalıdır.
4.3. BOKT-lərin nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
4.3.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
4.3.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
5. Kapitalın minimum miqdarı və onun hesablanması
5.1. BOKT-nin kapitalının əsas məqsədi kommersiya strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı BOKT-nin maliyyə dayanıqlığının təmin edilməsidir. Kapital BOKT-nin ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, potensial investorların BOKT-lərin fəaliyyətinə etimadının artırılmasına xidmət edir.
5.2. BOKT-nin kapitalının minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
5.2.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
5.2.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
5.3. Kapitalın strukturu Qanunun 1.0.7-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
5.4. Aşağıdakılar kapitalın hesablanması zamanı kapitaldan çıxılır:
5.4.1. qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla);
5.4.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
5.4.3. BOKT-nin törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
5.5. Kapitalın hesablanması zamanı qənaətbəxş aktivlər üzrə yaradılan ehtiyatlar kapitaldan çıxılmır.
6. Bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı
Bir borcalan və birgə borcalanlar qrupu üzrə kredit tələbinin maksimum miqdarı BOKT-nin kapitalının 30 (otuz) faizindən çox olmamalıdır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
4 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























