Qəhvə bazarında fırtına: Analitiklər Starbucks-ın daha az tədbir görməsindən narahatdılar
Qlobal qəhvə istehsalında tədarük çatışmazlığı və qiymət artımları Starbucks-ın xərc strukturuna təzyiq göstərsə də, şirkət öz ehtiyatlarından və çevik satınalma strategiyalarından bufer kimi istifadə edir. Wall Street analitikləri Starbucks-ın risklərin idarə edilməsi strategiyalarının təsirlərini yaxından izləyirlər, çünki yeni CEO Brian Niccol şirkətin satışlarını dirçəltməyi hədəfləyir.Qəhvə qiymətlərindəki sürətli artım davam edərkən, Starbucks-ın qiymət dalğalanmalarına qarşı daha az tədbir görməsi bazar analitiklərini narahat etməyə başlayıb.
Marja xəbər verir ki, Dünyanın ən böyük qəhvə şəbəkələrindən biri olan Starbucks şirkətinin illik hesabatına görə, sentyabr ayında başa çatan maliyyə ilində sabit qiymətli qəhvə müqavilələrinin məbləği cəmi 200 milyon dollar təşkil edib. Bu rəqəm 2019-cu ildə 1 milyard dollar səviyyəsində idi.
Braziliya kimi əsas qəhvə istehsal edən ölkələrdə pis hava şəraiti səbəbiylə qəhvə tədarükü çatışmazlığı yaşanır, Nyu-York bazarında son 12 ayda qəhvə fyuçerslərinin qiymətləri 70 faizdən çox artaraq funtu 3 dolları keçib.
Starbucks 40.000-dən çox kafe və pərakəndə biznesə xidmət göstərir və dünya qəhvə istehsalının 3 faizini alır. Yüksək keyfiyyətli arabica qəhvə alışları İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən Starbucks Coffee Trading Company vasitəsilə həyata keçirilir. Lakin sabit qiymətli müqavilələrin azalması Wall Street-in diqqətini çəkib.
Guggenheim Securities analitiki Gregory Francfort, "Şirkət keçmişə nisbətən daha az qorunur. Bu, növbəti 12 ay ərzində qəhvə qiymətlərini hər zamankından daha kritik edir" deyib.
Yeni Baş direktor, yeni strategiyalar
Starbucks-ın yeni Baş direktoru Brayan Nikkol azalan satışları canlandırmağı hədəfləyir. Nikkolun planlarına Starbucks-ın ictimai qəhvəxana kimi imicini gücləndirmək də daxildir.
Şirkət iki fərqli müqavilə növü ilə qəhvə alır: sabit qiymət və “qiymət sonra müəyyən ediləcək”. Qiymətlərin müəyyən ediləcəyi müqavilələr sonradan Nyu-York fyuçers bazarındakı qiymət dalğalanmalarına uyğun olaraq dəqiqləşdirilir. Starbucks bu cür müqavilələrdə törəmə alətlərdən istifadə etməklə öz risklərini sığortalayır.
Şirkətin illik hesabatına əsasən, maliyyə ilinin sonunda qiyməti müəyyən ediləcək müqavilələrin ümumi dəyəri 929 milyon dollar təşkil edib. Bu, bir il əvvəllə müqayisədə çox olsa da, 2021 və 2022-ci illərdəki səviyyələrdən xeyli aşağıdır.
Starbucks-ın qəhvə ticarəti əməliyyatlarını idarə edən Andres Berron Şirkətin bu sahədəki siyasətlərinin dəyişmədiyini bildirib. Starbucks bildirir ki, qəhvə ehtiyatları onlara bazar dalğalanmalarına qarşı kifayət qədər bufer təmin edir. Şirkətin anbarındakı qovrulmamış və qovrulmuş qəhvələrin ümumi dəyəri 920 milyon dollar təşkil edib ki, bu da 2021-ci ildən bəri ən aşağı göstəricidir.
Qlobal qəhvə bazarı çətin dövrlərdən keçir
Qlobal qəhvə bazarında problemlər davam edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, Braziliyada qeyri-sabit yağışlar və yüksək temperatur qarşıdan gələn məhsul mövsümünə mənfi təsir göstərə bilər.
ED&F Man-ın analitiki Kona Haque, "Bazarlardakı yüksəlişin mənfi təsirlərinə məruz qalmaq istəmirsinizsə, artan qiymətlərə qarşı hedcinq strategiyaları çox vacibdir",- deyib.
Starbucks tərəfindən bazar dalğalanmalarına qarşı görülən kafi tədbirlər, şirkətin qısamüddətli xərc strukturunu necə idarə edəcəyi ilə bağlı suallar yaradır. İnvestorlar və bazar analitikləri qəhvə qiymətlərində gələcək dəyişikliklərin şirkətin fəaliyyətinə necə təsir edəcəyini diqqətlə izləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
2 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
3 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib

























.jpg)

