Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb
Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ən yüksək “compliant” (uyğundur) reytinq balını alıbBeynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqidir. Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinə götürüb.
Qlobal Forum tərəfindən indiyədək 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən qiymətləndirmənin iki mərhələsi həyata keçirilib. Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub. Azərbaycan Respublikası üzrə qiymətləndirmənin ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu il həmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizə səfəri baş tutub. Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi və təcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, Azərbaycan Respublikası ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görülüb. Ölkə reytinqi və müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilib.
Marja.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Qlobal Forum tərəfindən ölkələr üzrə 2-ci mərhələ çərçivəsində qiymətləndirmələrə 2016-cı ildən başlanılıb və proses Azərbaycandan başqa ümumilikdə 123 ölkəni əhatə edib. Nəticələrə əsasən, 18 ölkə “Compliant” (standartlara uyğundur), 91 ölkə “Largely compliant” (standartlara əsasən uyğundur), 12 ölkə “Partially compliant” (standartlara qismən uyğundur), 2 ölkə isə “Non-compliant” (standartlara uyğun deyil) reytinqlərinə layiq görülüb.
2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindən həyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant” reytinqini əldə edən 4 ölkədən sonra məhz Azərbaycan Respublikası olub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərinin mövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergi orqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları və mövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatların keyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunması şərtləri də araşdırılıb.
Vurğulanıb ki, Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
5 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
8 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
9 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
10 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
10 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
11 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır















.jpg)






