İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək
Əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bu, “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Hazırda qüvvədə olan qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanuna dəyişiklik qəbul ediləcəyi təqdirə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, "Nağdsız hesablaşmalar haqqında" qanuna görə hazırda dövriyyəsindən asılı olmayaraq, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri təqvim ayı ərzində otuz min manata qədər nağd ödənişlər həyata keçirə bilərlər. Sadələşdirilmiş vergi ödəyiciləri, həmçinin ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq olaraq on beş min manat nağd ödəniş limiti müəyyənləşdirilib. Məlumdur ki, nağdsız hesablaşmaların stimullaşdırılması və nağd ödənişlərə limit tətbiq edilməsi hazırda əksər ölkələrdə gedən bir prosesdir. Ölkə ərazisində nağdsız hesablaşmalarla bağlı limitlərin tətbiq edilməsindən artıq bir neçə il keçib və keçən müddət ərzində ölkənin iqtisadi həyatında baş verən dəyişikliklər, sahibkar birlikləri ilə iş çərçivəsində keçirilmiş bir sıra görüşlərdə vergi ödəyiciləri tərəfindən səsləndirilən aktual çətinliklər mövcud limitlərə yenidən baxılması zərurətini yaradıb. Əsasən orta və iri sahibkarlıq subyektləri üzrə kiçik sahibkarlıq subyektləri ilə eyni həcmdə nağd dövriyyə limitinin müəyyən edilməsi orta və iri sahibkarlıq subyektləri tərəfindən aparılan hesablaşmalarda çətinliklərin yaranmasına səbəb olur və həmin subyektlər üçün nağd dövriyyə limitinin artırılmasına zərurət yaranır.
Layihəyə əsasən, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri tərəfindən ay ərzində aparılmasına icazə verilən nağdsız hesablaşma limiti onların satış dövriyyəsindən asılı olaraq, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi həcmində, lakin əlli min manatdan çox olmamaqla müəyyən edilir. Eyni zamanda, minimum hədd saxlanılır, yəni vergi ödəyicisinin satış dövriyyəsinin 2 faizi 30 min manatdan az olarsa, o əvvəlki qaydada 30 min manatadək aylıq xərcləri nağdsız qaydada həyata keçirə bilər. Başqa sözlə, dövriyyədən asılı olaraq diferensial yanaşma aşağıdakı kimi müəyyən edilir:
- ƏDV və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılmalıdır;
- əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan çox, 50 min manatdan az olduqda, satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılmalıdır;
- əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 50 min manatdan çox olduqda, nağd hesablaşma limiti 50 min manat olur, təqvim ayı ərzində ümumi məbləği 50 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər isə yalnız nağdsız qaydada aparılmalıdır.
Layihənin qəbul edilməsi nəticəsində vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində nağd qaydada aparılmasına icazə verilən hesablaşmaların məbləğinin artacağı və bunun həmin vergi ödəyicilərinin maliyyə əməliyyatlarının çevikliyinə müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 20 d. əvvəl
-
49 d. əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
-
- 56 d. əvvəl
-
59 d. əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
-
1 saat əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
10 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
11 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 12 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Ən çox oxunanlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
























