“Caspian Equipment Company” şirkətinin səhmlərinə 1 investor sifariş təqdim edib
Avtomobillər və ağır texnika üçün müxtəlif markalı mühərrik və sürtgü yağlarının, akkumulyatorların, şinlərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan “Caspian Equipment Company” ASC-nin 100 min manatlıq səhmlərinin Bakı Fond Birjasında abunə yazılışı 22-24 oktyabr 2024-cü il tarixi aralığında baş tutmuşdur.
Səhmlər üzrə yerləşdirmə 25 oktyabr 2024-cü il tarixində yekunlaşmışdır.
Səhmlərə 1 investor 1 sifariş təqdim edib. Emissiya tam məbləğdə yerləşdirilib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Caspian Equipment Company” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001021455
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 100 (ədəd)
İlkin ticarət qiyməti: 1 000 manat
Buraxılış həcmi: 100 000 manat
Hərrac qiymətİ: 1 000 manat
Reallaşdırılmış həcm: 100 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 100 000 manat
İnvestor sayI: 1
Sifariş sayI: 1
Anderrayter: “CPM-İnvest İ.Ş” ASC
Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşdığı üçün “Caspian Equipment Company”nin nizamnamə kapitalı 2 dəfə araraq 100 min manatdan 200 min manata yüksələcəkdir.
İndiyədək “Caspian Equipment Company”nin nizamnamə kapitalının 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsus idi.
"Caspian Equipment Company” ASC 2022-ci ildə 15 milyon 455 min manat, 2023-cü ildə 19 milyon 480 min manat, 2024-cü ilin ilk altı aylıq dövründə isə 6 milyon 832 min manat gəlir əldə edib. "Caspian Equipment Company” ASC 2021-ci ildə 469 min 393 manat, 2022-ci ildə 371 min 286 manat, 2023-cü ildə 696 min 910 manat, 2024-cü il birinci yarımil üzrə 663 min 585 manat xalis mənfəət əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
3 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub























