Milyarder Mordaşovun "Auchan" şəbəkəsini almaq istədiyi bildirilir
Xəbər verildiyi kimi, Fransanın "Auchan" hipermarketlər şəbəkəsi Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqlar aparır.
Marja.az xəbər verir ki, şəbəkənin potensial alıcıları arasında milyarder iş adamaı Aleksey Mordaşovun adı çəkilir. O, "Lenta" şəbəkəsinin ən böyük səhmdarı "Sever Group" holdinqinin Baş direktorudur. O, "Severstal"və "Nord Gold" şirkətlərinin də sədridir.
Mənbəyə görə, başqa bir investor da "Auchan" mağazalarını almaq istəyir. Mənbə, müqavilə bağlanmazdan əvvə onun adını çəkməyib.
"Sever Group" şərh verməkdən imtina edib.
"Auchan Retail Russia" (Auchan-ın Rusiyadakı törəməsi) məlumatları "şayiələr" adlandırdıblar. "Auchan Retail Russia" şirkətinin nümayəndəsi qeyd edib: "Cavabımız dəyişməz olaraq qalır: biz şayiələri şərh etmirik". Beləliklə, şirkət, biznesin satışı ilə bağlı danışıqları birbaşa təkzib etməyib.
Xəbər verdiyimiz kimi, Fransanın "Auchan" hipermarketlər şəbəkəsi Rusiya Federasiyasını tərk etmək niyyətindədir, şirkət artıq Rusiya biznesi üçün iki potensial alıcı tapıb. Bu barədə "La Lettre" və "Le Figaro," mənbələrə istinadən xəbər verir.
"Fransanın "Auchan" şirkəti Rusiyadakı törəmə şirkətini satmağa hazırlaşır", - "Le Figaro" qəzeti yazır.
Nəşr qeyd edib ki, bu qərar ticarət şəbəkəsinin üzləşdiyi Avropa İttifaqının anti-Rusiya sanksiyaları ilə bağlı çətinliklərlə bağlı ola bilər.
Şirkətin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, "Auchan" Rusiya bazarında fəaliyyətini davam etdirir. Əlavə edib ki, Fransanın "Auchan" şirkəti Rusiya biznesinin mümkün satışı ilə bağlı şayiələri şərh etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















