Kapital Bank dünyanın aparıcı bankları və maliyyə şirkətləri ilə müzakirələr aparıb
Kapital Bank “SIBOS 2024”-də: tədbir bütün sürəti ilə davam edir(®) Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını davam etdirir.
Qeyd edək ki, sərgidə bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərliyi ilə Baş Maliyyə inzibatçısı Emin Məmmədov, Baş Komplayens inzibatçısı Kamal Abdullayev, Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev olmaqla bankın rəsmi nümayəndə heyəti, eləcə də xüsusi işçi komandası iştirak edir.
Sərginin üç günü ərzində bankın müxbir əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində Çinin “ICBC”, BƏƏ-nin “United Arab Bank”, İsveçrənin “BENDURA BANK AG”, İtalyanın “Iccrea Banca S.p.A”, Almaniyanın “Bayern LB” kimi aparıcı bankları və ABŞ-nin “VISA” şirkəti kimi bir çox maliyyə şirkətlərinin rəsmiləri ilə görüşlər keçirilərək müzakirələr aparılıb.
Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























