Tatarıstanın Rəisi Azərbaycana “Sollers” markalı avtomobillər hədiyyə edib
Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycana “Sollers” markalı avtomobillər hədiyyə edib.Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunub.
Azərbaycan dövlət başçısının Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü zamanı müvafiq Fərman oxunub.
Prezident İlham Əliyev: Sağ olun. Belə bir sürpriz haqqında təyyarədə öyrəndim. Sağ olun.
Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oxundu: “Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”.
Rəis Rüstəm Minnixanov: Bu, “Sollers” şirkətidir.
Prezident İlham Əliyev: Bilirik.
Rəis Rüstəm Minnixanov: Həmin avtomobillərdən ən yaxşı yerlərdə istifadə etmək üçün xahiş etmişdik.
Prezident İlham Əliyev: Çox sağ olun, Rüstəm Nurqaliyeviç. Belə yüksək mükafata görə təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim. Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün Azərbaycan xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm. Elə təyyarədə Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz həm Cəbrayılda, həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz hədiyyələri elə Sizin olduğunuz həmin bölgələrə - Zəngilana, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mükafata görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























