Azərbaycana "Premium" və "Super" benzinin idxalı artıb
Azərbaycan 2017-ci ilin I yarısında 14 mln. 945,48 min dollar dəyərində 22 min 667,57 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
"2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 22 min 667,57 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal olunub. 2016-cı ilin I yarısında isə respublikaya 8 mln. 526,4 min dollar məbləğində 15 min 244,39 ton benzin idxal olunub. Bununla da bu ilin yanvar-iyun aylarında AI-95 markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 48,7%, dəyər ifadəsində 1,7 dəfə artıb", - deyə məlumatda bildirilir.
Sözügedən məhsul Azərbaycana Bolqarıstan və Rumıniyadan gətirilib.
Bundan başqa, hesabat dövründə ölkəyə 539,53 min dollar dəyərində 816,43 ton "Super Euro-98" markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım miqdar ifadəsində 2,7 dəfə, dəyər ifadəsində 3,1 dəfə təşkil edib.
Bu məhsul Azərbaycana Rusiya və Belarusdan gətirilib.
2016-cı ildə respublikaya 44 min 231,38 ton "Premium Euro-95" və 635,17 ton "Super Euro-98" markalı benzin idxal olunub.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ