GL Group 2 Baş vitse-prezident təyin edib
GL Group bu gün iki Baş vitse-prezidentin - Texniki funksiyalar və beynəlxalq əməliyyatlar üzrə Baş vitse-prezident vəzifəsinə Gilbert Byülerin və Azərbaycandakı əməliyyatlar üzrə Baş vitse-prezident vəzifəsinə Elman Seyidovun təyin olunduğunu elan edib. Təyinatlar dərhal qüvvəyə minib.
Cənab Byüler yataqların işlənməsi və idarə olunmasının bütün aspektləri üzrə 40 ildən artıq təcrübəyə malikdir.GL Group-a qoşulmazdan əvvəl o, bp və “Exxon” şirkətlərində çoxsaylı beynəlxalq rəhbər və texniki vəzifələrdə çalışıb.
Onun daha əvvəl çalışdığı əsas rəhbər vəzifələrə bp şirkətinin Rusiyada Hasilat üzrə vitse-prezidenti, bp şirkətinin İraq Kürdüstanı üzrə Baş meneceri, bp şirkətinin Yaxın Şərqdə Yataqların işlənməsi üzrə vitse-prezidenti, Rusiyada TNK-bp-nin İstismarda olan yataqların işlənməsi üzrə direktoru, İraqın Rumayla yatağı üzrə Texniki meneceri və Alyaskadakı Prudo Bey (Prudhoe Bay) yatağının işlənməsi üzrə meneceri vəzifələri daxildir. Cənab Byüler ABŞ-ın Kanzas Universitetində neft mühəndisliyi üzrə bakalavr dərəcəsi almışdır. Cənab Byüler GL Group-da Məşvərət Şurasının üzvü kimi də öz fəaliyyətini davam etdirəcək.
Cənab Seyidovun texniki və rəhbər vəzifələrdə 30 ildən artıq təcrübəsi var. GL Group-a qoşulmazdan əvvəl cənab Seyidov 18 il bp şirkətində Azərbaycanda və Şimal dənizində müxtəlif texniki və rəhbər vəzifələrdə çalışıb. Bunlara Şahdəniz yatağında, eləcə də Azəri-Çıraq-Günəşli yatağında Əməliyyatlar üzrə menecer, Regional hasilat meneceri, həmçinin Xəzər dəniz sualtı regional meneceri vəzifələri daxildir. Çalışdığı bu vəzifələrdə cənab Seyidov daim təhlükəsizlik, dayanıqlılıq və istehsalın optimallaşdırılmasına diqqət yetirib. Neft sənayesinin inkişafındakı mühüm xidmətlərinə görə cənab Seyidov 2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev tərəfindən nüfuzlu “Tərəqqi” medalı ilə təltif edilib. Cənab Seyidov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft və qaz yataqları avadanlıqlarının maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alıb.
“Gilbert Byülerin misilsiz beynəlxalq səviyyəli texniki və liderlik təcrübəsi GL Group-un həm Azərbaycanda, həm də beynəlxalq miqyasda qısa və uzunmüddətli məqsədlərinə nail olması üçün açar olacaqdır,” – deyə, GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib və əlavə edib: “Elman Seyidov çox çətin mühitlərdə təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən səmərəli əməliyyatlara rəhbərlik etməsi ilə nüfuz qazanıb. Onun strateji və taktiki rəhbərliyi GL Group-un Azərbaycanda qısa və uzunmüddətli məqsədlərinə çatmasında əsas rol oynayacaq.”
GL Group haqqında:
GL Group Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Kanadanın “Gazelle Energy Limited” şirkətinin Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağındakı 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 6 d. əvvəl
- 46 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
-
1 saat əvvəl
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Silk Way” ixracında böyük sıçrayış: 21 min dollardan 28,5 milyon dollara
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rəsmi məzənnələr açıqlandı
“Azəralüminium”un ixracı 50% artıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Ən çox oxunanlar
Bu şirkətin ixracı 21 milyon dolları keçib
Aqrar şirkətin ixracı 28% artıb
“AGRARCO” ixracını 3 dəfədən çox artırıb
“Baku Steel Company”nin ixracı 60% artıb
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfədən çox artıb
























