Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər
(®) Ölkənin birinci bankı Kapital Bank kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təklif edir.
Dünyanın bir çox ölkələrində uğurla həyata keçirilən bu təcrübə istehlak krediti götürmüş şəxsləri ölüm və digər əlavə risklərə qarşı sığorta etmək məqsədi daşıyır.
Belə ki, “Kredit Həyat Sığortası” kredit götürən şəxsin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə səbəbindən əlilliyin təyin olunması hallarında onun kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini hədəfləyir.
Kapital Bank bu yeni xidməti ilə müştərilərin və onların ailələrinin maliyyə yükünü azaltmaqla yanaşı, gözlənilməz hadisələr qarşısında da onlara əlavə maliyyə dəstəyi təqdim edəcək. Bu xidmət eyni zamanda fərdi bankçılığın inkişafına da öz töhfəsini verəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























