Azərbaycan Dəmir Yolları 1 noyabrdan dinamik qiymət siyasətinə keçir
Bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşımada xidmət keyfiyyətini artırmaq və əlavə dəyər yaratmaq məqsədilə bir sıra yeniliklər təqdim edir. Şirkət müştəri məmnuniyyətini yüksəltmək üçün 23 sentyabr 2024-cü il tarixindən loyallıq proqramının tətbiqinə başlayır.
ADY-nin yaydığı məlumatda bildirilir ki, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır. Loyallıq proqramı 1 həftə test rejimində fəaliyyət göstərəcək.
ADY, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir.
Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.
Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir: “Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”.
ADY-nin təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır. Belə ki, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər.
Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi 1 həftə test rejimində fəaliyyət göstərəcək.
Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.
Yuxarıda qeyd edilən əlavə dəyər xidmətlərinin təqdim olunması, dünyada qəbul olunmuş müasir standartlara uyğun müştəri məmnuniyyətinin təmin edilməsi, eləcə də artan xərclərin qarşılanması və infrastrukturun saz vəziyyətdə saxlanması üçün ADY yeni qiymət siyasətinə keçir.
25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.
Vurğulanıb ki, bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.
Qeyd edilib ki, 2024–2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY tərəfindən reyslər üzrə mütəmadi reydlər həyata keçirilib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə proflaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib.
Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb.
Görülmüş bütün bu işlərin nəticəsi olaraq yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda – təqribən 37 min sərnişin daşınır.
Müştərilərin xəbərləri
“Azercell Telekom” qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir - 30 000 MANAT AYRILIB
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
18 saat sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
-
2 saat əvvəl
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank 0 % komissiyalı və 2 % endirimli kredit kampaniyası keçirir
-
2 saat əvvəl
Elburus Nəbiyevin alkoqollu və alkoqolsuz içkilərdən gəliri azalıb, işçilərini ixtisar edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qlobal bank qızılın unsiyasının qiymətinin 5000 dollara çatacağı barədə proqnozunu qoruyub saxlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Bakı Fond Birjasının ticarət dövriyyəsinin həcmi azalıb
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
Unibank 0 % komissiyalı və 2 % endirimli kredit kampaniyası keçirir
Elburus Nəbiyevin alkoqollu və alkoqolsuz içkilərdən gəliri azalıb, işçilərini ixtisar edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qlobal bank qızılın unsiyasının qiymətinin 5000 dollara çatacağı barədə proqnozunu qoruyub saxlayır
Çin İrandan neft alışını sürətləndirir
Azərbaycana Avropadan turist axını 6 % artıb
Azərbaycan Qars və İğdırda ticarət evləri aça bilər
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı
"Bu paket Naxçıvanda iş adamları üçün əlavə üstünlüklər yaradacaq"














.jpg)






