"Jackson Hole"da güclü pul vahidləri ucuzlaşdırılmağa çalışılacaq
Bu gün "Jackson Hole"da mərkəzi bank rəsmilərinin iclası başlayacaq. "Marja" Bloomberg-ə istinadən xəbər verir ki, bu iclas rəsmilərin, dollar qarşısında aylardır dəyər qazanan pul vahidlərinin qiymətini aşağı salmaları üçün bir fürsətdir.
Bəzi böyük iqtisadiyyatlar gələcək aylarda monetar təşviqdən çıxmağa hazırlaşır. Bu şəraitdə, pul vahidlərinin möhkəmlənməsi narahatlıq yaradır. Məsələn, Avropada istiqraz alışlarının azaldılacağı və neqativ faizlərin ortadan qaldırılacağı barədə gözləntilər Avronun bahalaşmasına səbəb olur. Avropa Mərkəzi Bankı Avronun daha çox bahalaşmasından narahatdır, çünki bahalı pul vahidi ixracı azaldır.
İnvestorlar, Avropa Mərkəzi Bankının Prezidenti Mario Draghi-dən pul siyasətinə dair məlumatları gözləyir. Draghi, simpoziumda Cümə günü danışacaq.
Avro, yaxşılaşan iqtisadi vəziyyətə və azalan siyasi risklərə bağlı olaraq bu il dollar qarşısında 12 faiz yüksəlib və 1.18 səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
8 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
8 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
8 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















