Azərbaycan - İraq Biznes Şurası yaradılır - RAZILAŞMA
Azərbaycan-İraq biznes forumu keçirilib. Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda iş adamları arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektor, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq potensialının genişləndirilməsi barədə müzakirələr aparılıb, Azərbaycan - İraq Biznes Şurasının yaradılması haqqında razılaşma imzalanıb.Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov zəngin tarixə malik Azərbaycan-İraq əlaqələrinin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, iki ölkə arasında siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığı daha da gücləndirib. Bu ilin yanvar-iyul aylarında Azərbaycan-İraq ticarət dövriyyəsində 49%-lik artım qeydə alınıb. Bu gün 170-ə yaxın İraq şirkəti Azərbaycanda müxtəlif sektorlar üzrə fəaliyyət göstərir. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və bu ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu şirkətlərin İraqda fəaliyyəti üçün yeni imkanlar açır. İqtisadiyyat naziri ölkəmizin nəqliyyat-tranzit imkanları, sənaye zonalarında yaradılmış şərait, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq edilən güzəştlərlə bağlı məlumat verib.
İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib. Nazir ölkəsində geniş iqtisadi islahatların aparıldığını və əlverişli investisiya mühiti yaradıldığını diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və İraq işgüzar dairələri arasında əlaqələrin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İraqın Ticarət Palataları Federasiyasının prezidenti Əbdülrəzaq Əl-Zuheyri təmsil etdiyi qurumun fəaliyyəti, İraqın investisiya mühiti və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə Agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində İraqın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
İraq-Azərbaycan Biznes Şurasının sədri Məhəmməd Əl-Davudi işgüzar dairələr arasında keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsindəki əhəmiyyətini vurğulayıb. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə nəqliyyat-logistika və digər sahələr üzrə müəyyən anlaşmaların əldə edilməsinin vacibliyini qeyd edib.
Forumda biznes nümayəndələri arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektorda, ticarət, enerji və turizm sahələrində əməkdaşlıq potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
Azərbaycan – İraq biznes forumu çərçivəsində KOBİA ilə İraq Ticarət Palataları Federasiyası arasında Azərbaycan - İraq Biznes Şurasının yaradılması haqqında razılaşma sənədi imzalanıb. Biznes Şuranın sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət imkanlarının artırılması istiqamətində mühüm addım olacağı qeyd olunub.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
19 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
21 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
22 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
-
23 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















