Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
(®) Dünən Avropa Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini endirməsi fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı.
Həmçinin, qızılın qiyməti tarixi maksimumu yeniləyib. EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.1005 həddindən 1.1089 həddinə qədər bahalaşıb. Eyni qaydada, GBP/USD cütlüyündə də müvafiq dövr ərzində qiymət 1.3032 həddindən 1.3150 həddinə qədər kəskin artım sərgiləyib. USD/JPY cütlüyü 140.650 səviyyəsinə qədər ucuzlaşıb.
Ötən gün Avropa Mərkəzi Bankının (AMB) yaydığı bəyanatdə qeyd olunub ki, cümə axşamı günü keçirilən toplantıda tənzimləyici qurum uçot faiz dərəcəsini illik 4.25%-dən 3.65%-ə qədər endirib. Tənzimləyici qurumun qəbul etdiyi qərar analitiklərin proqnozu ilə üst-üstə düşüb. Həmçinin, qeyd olunub ki, faiz dərəcələri depozit xətti üzrə 3.5%, yenidən maliyyələşdirmə əməliyyatları üzrə 3.65%, marjınal kreditləşmə üzrə isə 3.90% təşkil edəcək.
AMB-nin verdiyi qərar və dolların ucuzlaşması fonunda qızılın qiyməti dəstək alaraq dünən 1%-dən çox bahalaşıb və yeni rekord səviyyəyə çatıb. Hal-hazırda dəyərli metal 2568$ həddində ticarət olunur.
İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin gözlənilən monetar siyasətinin yumşaldılması ilə bağlı əlavə ipucu əldə etmək üçün ölkə üzrə dərc olunan statistik məlumatları diqqətlə izləyirlər. Qeyd etmək lazımdır ki, tənzimləyici qurumun uçot dərəcəsini aşağı salması ehtimalları dolları zəiflədir və bununla da qızıl qiymətlərini dəstəkləyir.
Eləcə də, dünən ABŞ-da sentyabrın 7-də sona çatan həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı açıqlanıb. Göstərici 2 min artaraq 230 min təşkil edib. Həmçinin, avqust ayında İstehsal Qiymətləri İndeksi (PPI) 0.2% təşkil edib.
Bugün Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi və ABŞ-da açıqlanacaq İdxal və İxrac İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub





















