ABŞ-ın xam neft ehtiyatları 8 həftədir azalır
ABŞ-da kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 3,3 milyon barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının 18 Avqust ilə bitən həftədə 3,3 milyon barel (0,3 faiz) azalaraq 463,2 milyon barelə gerilədiyini açıqlayıb.
Ardıcıl 8 həftədir azalan ehtiyatların 3,5 milyon barrel azalması gözlənilirdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində sabit qalıb.
Benzin ehtiyatları da azalıb
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 18 Avqust həftəsində 1,2 milyon barrel (0,5 faiz) azalaraq 229,9 milyon barrelə enib. Bazar gözləntisi 0,6 milyon barrel azalma olacağı istiqamətində idi.
EIA göstəricilərinin açıqlanmasından sonra ABŞ-ın Qərbi Texas tipli xam neftin barrel qiyməti 47,77 dollardan 48,34 dollara yüksəlib. Brent növü neftin barrel qiyməti isə dünənki yekununa nisbətən 1,1 faiz artaraq 52,55 dolları görüb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 19 saat sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
2 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi






.jpg)






.jpg)










