700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda
Veysəloğlu Şirkətlər Qrupunda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentlərlə görüş təşkil olunub.
Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi İlqar Nuri öz növbəsində gəncləri təbrik edərək onlara yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb. İlqar Nuri təmsil etdiyi şirkətin daim savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verdiyini, gələcəkdə onların da Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirib.
Daha sonra Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tədbir iştirakçılarına Azərbaycanın qida sektorunda özünün xüsusi rolu və yeri olan Veysəloğlu qrup haqqında qısa məlumat verərək şirkətin daim gənclərə dəstək olduğunu və gənclərlə birlikdə inkişaf etdiyini bildirib. İ.Məmmədov həmçinin qeyd edib ki, şirkətin Koorporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədris hər zaman öncül yer tutub. O, bildirib ki, bu gün Veysəloğlu Şirkətlər Qrupunda çalışanların böyük əksəriyyəti gənclərdir və şirkətin bu templə inkişafında məhz bu gənclərin xidmətləri əvəzolunmazdır.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif formatlı layihələr həyata keçirir. Təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.
Görüşdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ən yüksək nəticə qazanmış 15 gəncə Veysəloğlu Şirkətlər Qrupu adından pul mükafatı, eləcə də “Ulduz” şokolad fabrikinin məhsulları təqdim edilib.
Mükafatlandırmadan sonra tələbələr və onların valideynləri “Ulduz” şokolad fabrikində istehsal prosesi ilə yaxından tanış oldular.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)






