"Mətanət A" şirkətinin Özbəkistanda zavodunun təməli qoyulub - İŞ ADAMI ELXAN BƏŞİROVDAN AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ilə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.
Marja.az xəbər verir ki, görüşdən sonra Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib. Start verilən 7 layihədən biri də Qaşqadərya vilayətinin Qamaşı rayonunda istehsal gücü gündəlik 350 ton olan gips və gips-karton məmulatları istehsalı zavodunun tikintisidir. Layihənin dəyəri 20 milyon dollardır.
Qeyd edək ki, layihə Azərbaycanın "Mətanət A" şirkəti tərəfindən həyata keçiriləcək.
"Mətanət A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov görüşdə çıxış edərək bildirib:
“Şirkətimizin ən son innovativ texnologiyalara əsaslanan zavodları bu gün uğurla fəaliyyət göstərməkdədir. Onların arasında əhəng istehsalı zavodu, lak-boya zavodu, son innovativ alman texnologiyaları ilə tikilmiş gips və gipskarton (alçıpan) zavodu, kalsium karbonat, perlit istehsalı zavodu, quru tikinti qarışıqları, beton əlavələri zavodu, müxtəlif çeşiddə izolyasiya materialları, fasad və divar panelləri istehsalı zavodu, eləcə də zavodun layihələndirilməsi, avadanlıq istehsalı və zavodun açar təhvil verilməsi ilə məşğul olan maşınqayırma zavodunu qeyd etmək istərdim. Qeyd edim ki, bu zavodlarla yanaşı, mineral daş yunu istehsalı zavodunun tikintisi də tam başa çatdırılmışdır. Zavod açılışa şirkətimizdə xammalın çıxarılması və istifadəsi ilə bağlı məsələləri həll etdikdən sonra təqdim ediləcəkdir. Qeyd edim ki, ən son innovativ alman texnologiyaları və nadir ixtiralar əsasında qurulan bu zavod dünyada ilk dəfə olaraq Azərbaycanda tikilib.
Bundan əlavə, Özbəkistanın Qaşkadərya vilayətində gips və gipskarton (alçıpan) məhsullarının istehsalı zavodunun tikintisi də nəzərdə tutulur. Biz öhdəliyimizə uyğun olaraq artıq 50 il müddətinə gips daşının çıxarılması üçün lisenziya almışıq və bu bizə hərrac yolu ilə deyil, birbaşa danışıqlar nəticəsində verilmişdir. Zavodun tikintisi üçün bizə artıq torpaq sahəsi də ayrılıb. Əminəm ki, şirkətimiz bundan sonra da böyük layihələr hazırlayaraq Azərbaycan və qardaş Özbəkistanın iqtisadiyyatına mühüm töhfə verəcək”.
Daha sonra Özbəkistanın Qaşqadərya Vilayətində “Mətanət A Şirkətlər Qrupu”na aid “Gips və Gipskarton (alçıpan) məhsulları istehsalı zavodu”nun təməlatma mərasimi baş tutub.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb
-
1 saat əvvəl
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
Polipropilen və laminatlı kisə müəssisəsinin təməli qoyuldu - 11,2 milyon manat yatırılacaq, 140 iş yeri yaradılacaq
Ən çox oxunanlar
İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
6 milyon manatlıq güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu - 30 nəfər işlə təmin olunub
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
Azərbaycan neftinin son qiyməti




















