"Qatar Airways" "Airlink"in 25%-ni alır
"Qatar Airways" Cənubi Afrikanın özəl regional aviadaşıyıcısı "Airlink"də 25% pay alır.
Marja xəbər verir ki, "Qatar Airways" bu barədə iki aviaşirkətin rəhbərləri arasında Dohada keçirilən görüşün yekunlarına dair press-relizdə məlumat verib.
"İnvestisiya müqaviləsi "Qatar Airways"in Afrikanın iqtisadi və biznes potensialının açılmasında əsas oyunçu kimi mövqeyini gücləndirəcək", məlumatda bildirilir.
"Airlink"in baş direktoru Rocer Foster bildirib ki, saziş Cənubi Afrika aviaşirkətinin xidmət göstərəcəyi reyslərin və istiqamətlərin sayının artırılmasını nəzərdə tutur. "Qatar Airways-in sərmayəsi bizə kontinental uçuşlara xidmət göstərməyə başlamağa imkan verəcək", - deyə Foster bildirib.
Hazırda "Airlink" yalnız Afrika bazarında fəaliyyət göstərir, onun təyyarələri qitənin 15 ölkəsinin 45 şəhərinə uçuşlar həyata keçirir.
Maliyyə tərəfi açıqlanmayan sövdələşmə hələ də hər iki ölkənin milli tənzimləyicilərinin təsdiqini tələb edir.
"Airlink" sərnişin həcminə görə Cənubi Afrikanın ikinci ən böyük aviaşirkətidir.
"Airlink" investisiya fondları da daxil olmaqla beş sahibin nəzarətində olan özəl şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







