"25 manat ödəyirik, 100 Mbit/s sürət yoxdur"
Qiyməti artan internetin sürətinin 100 Mbit/s-dən aşağı olduğu bildirirlir15 avqust 2024-cü il tarixindən etibarən “Aztelekom” MMC yüksəksürətli genişzolaqlı internet üzrə yeni tariflərini tətbiq edib. Verilən məlumata görə, “Aztelekom” MMC tərəfindən GPON tarifləri üzrə minimal tarif 18 manatdan 25 manata, internetin sürəti isə 40 Mbit/s-dən 100 Mbit/s-yə artırılıb. Belə ki, 100 Mbit/s internet 25 AZN-ə, 150 Mbit/s internet 30 AZN-ə, 250 Mbit/s internet cəmi 36 AZN-ə təklif olunur.
Marja.az xəbər verir ki, “Aztelekom”un GPON tarifləri üzrə müştəriləri iddia edirlər ki, 100 Mbit/s internet vəd edilsə də, sürət daha aşağı - 20-40 Mbit/s-dir.
“Aztelekom”un İnstagram səhifəsində şirkətin müştəriləri yazırlar:
Elcan Mustafazadə: 100 Mbit/s olmalıdır, heç 30 Mbit/s yoxdur.
Elvin Səfərov: Deyirsiniz 100 Mbit/s-dir. Yoxladım 37 Mbit/s-dən yuxarı qalxmır.
Abbas Məmmədov: Sürət 20-40 Mbit/s aralığında dəyişir.
Fəryadova: 30 Mbit/s sürət vermir.
Nadir Cəlalov: 25 manat ödədim, hələ də məndə sürət 40 Mbit/s-dir.
Arslan: 20 Mbit/s sürət verir.
Rəşad: Sürətə baxıram 40 Mbit/s-dir.
“Aztelekom” öz cavablarında müştərilərinin qarşılaşdıqları çətinlikdən təəssüf etdiyini və müvafiq tədbirlər görüləcəyini bildirib.
Şirkətin abunəçiləri “170” çağrı mərkəzinə düşə bilməkdə çətinlik çəkdiklərini, növbədə 70-90 aralığında yerlərdə olduğu barədə məlumat aldıqlarını da qeyd edirlər.
Marja.az-ın soruğusuna cavab olaraq “Aztelekom”dan bildirilib ki, “Aztelekom” MMC müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər tətbiq etməyə başlayıb.
Qeyd edilib ki, adıçəkilən araşdırma üçün bütün məlumatlar “Aztelekom” tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilib.
"Məlumat üçün bildirək ki, “Aztelekom” MMC tərəfindən ilk dəfə 2016-cı ildə 100 Mbit/s sürət 200 AZN-ə təklif edilib. Bu, genişzolaqlı internet infrastrukturunun məhdud çərçivədə olduğu dövrlərdə baş verib.
100 Mbit/s internet sürətinin ADSL texnologiyası üzərindən təqdim edilməsi qeyri-mümkündür. Bu səbəbdən vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlara çıxışın təmin edilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network / Giqabit Passiv Optik Şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir.
Ötən il Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olunub. Bu, müştərilərimizə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verir.
Bu ilin mart ayından etibarən ev təsərrüfatları və biznes subyektlərinə XGS-PON həlli vasitəsilə genişzolaqlı və yüksəksürətli internet və multimedia xidmətlərinin təqdim edilməsi üçün şəbəkənin qurulmasına başlanılıb. Belə ki 25G PON həlli eyni fiber-optik kabel üzərindən GPON və XGS-PON ilə birlikdə işləyəcək".
Əlavə edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni tariflərin "ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri" olduğunu əsas gətirərək Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
-
- 30 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
3 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
3 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Ən çox oxunanlar
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi












.jpg)












