“Bakı Metropoliteni” və “Metro İstanbul” anlaşdı
Bakıda dünya metropolitenlərinin konfransı keçiriləcək2025-ci ilin aprel ayında dünya metropolitenlərinin Bakıda keçirilməsi nəzərdə tutulmuş ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.
Sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy imzalayıblar.
İmzalama mərasimindən sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib ki, son illərdə Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxıb. Bakı metropoliteni ilə İstanbul metrosu arasında 2015-ci ildən qarşılıqlı əlaqələr intensiv şəkildə davam etdirilir. İnsan resursları, yeni texnologiyalar, texniki xidmət, qulluq və təmir sahələrində təcrübə mübadiləsi əsas istiqamətlər olub. Əldə olunmuş nailiyyətlər bundan sonra dünyanın digər metropolitenlərinin cəlb edilməsi ilə yeni müstəviyə keçirilə bilər. O bildirib ki, bu konfransın gələcəkdə bütün metropolitenlər üçün ən uğurlu platformaya çevrilməsi üçün birgə planlar üzərində işlər aparılacaq.
“Metro İstanbul”un rəhbəri Özgür Soy tədbirin gələcək uğuruna inandığını qeyd edib. O, iki qardaş ölkə metropolitenlərinin birlikdə dünya metropolitenlərinə yeni və uğurlu platforma təqdim edə biləcəyini deyib. Özgür Soy qeyd edib ki, Bakı metropoliteninin zəngin təcrübəsi və keyfiyyətli texniki xidmət, təşkilati məsələlər, İstanbul metrosunda tətbiq edilən texnoloji yeniliklər, Azərbaycan və Türkiyə müəssisələrinin inkişaf edən potensial istehsal imkanlarının daha geniş miqyasda yayılması baxmından, birgə layihələrin inkişaf etdirilməsinə təkan olacaq. Eyni zamanda o, bu layihənin istehsalçılarla metropolitenlər arasında bir körpü rolunu oynayacağına əminliyini dilə gətirib.
Sonra media üçün tədbirin təqdimatı keçirilib. Qeyd olunub ki, 2024-cü ilin əvvəlində Bakı və İstanbul metropolitenləri arasında irəli sürülmüş ideya ətrafında fikir və təcrübə mübadiləsinə başlanılıb və təşkilati məsələlərə dair müzakirələr aparılıb. Tədbirin “Metrokonnekt” (MetroConnect) adlandırılması qərara alınıb. İlk tədbirin Bakıda keçirilməsi barədə razılıq əldə olunub. İlk tədbirdən sonra növbəti konfransın keçirilmə yeri və tarixi müzakirəyə çıxarılacaq.
Aparılan araşdırmalar əsasında bu sahədə metropolitenlər üçün ən zəruri məsələlərin və problemlərin birgə həlli, perspektivlərin, yeniliklərin, xüsusən də innovativ təkliflərin müzakirə olunmasına ehtiyac duyulduğu məlum olub. Konfransın gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.
Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metropolitenində tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.
Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.
Qeyd edək ki, “Metro İstanbul” nümayəndələrinin Bakıya səfəri iki gün davam edib. Bu müddətdə sazişin əsas məqamları, görülmüş işlər, qarşıdakı planlar və vəzifələr müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















