Aktiv ƏDV ödəyicilərinin sayı, aktiv vergi ödəyicilərinin sayından daha sürətli artıb
2024-cü ilin avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5 faiz artıb və 780,5 min olub.
Marja xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd edilib ki, aktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artaraq 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 faiz artaraq 209,1 min təşkil edib.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 19 mindən çoxdur
Naxçıvan Muxtar Respublikasında 1 avqust 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 faiz artıb və 19.219 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 522 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2 faiz artaraq 5.432-yə çatıb.
10 MİLYARD MANATDAN ÇOX VERGİ YIĞILIB
2024-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 944,1 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 778,8 milyon manat və ya 12,6 faiz çox olub.
Naxçıvanda vergi daxilolmaları 28,7 faiz artıb
2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 116,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 28,7 faiz çoxdur.
Cari ilin 7 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 122 faiz icra edilib.
Ödənilən vergilərin 67,6 faizi qeyri-neft-qaz sektorunun, 32,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
29 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























