“Microsoft”un gəliri və mənfəəti artıb
ABŞ-ın texnologiya şirkəti olan Microsoft-un aprel-iyun dövründə gəliri 15 faiz, xalis mənfəəti isə 10 faiz artıb.İyunun 30-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində 4-cü rüb hesab edən ABŞ-ın texnologiya şirkəti Microsoft, balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 64,7 milyard dollar təşkil edib. Microsoft ötən ilin aprel-iyun dövründə 56,2 milyard dollar gəlir əldə etmişdi. Bu müddət ərzində şirkətin gəliri bazar proqnozunu üstələyib.
Microsoft-un xalis mənfəəti eyni dövrdə 10% artaraq 22 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,08 milyard dollar olmuşdu. Şirkətin səhmbaşına mənfəəti bu müddət ərzində 2,69 dollardan 2,95 dollara yüksəlib. Sözügedən dövrdə Microsoft-un mənfəəti də bazar proqnozunu üstələyib.
Şirkətin “Smart Cloud” gəliri aprel-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 28,5 milyard dollara çatsa da, bazar gözləntilərini qarşılaya bilməyib.
Şirkətin Azure və digər bulud xidmətlərindən əldə etdiyi gəlir bu müddət ərzində 29 faiz artıb. Əvvəlki rübdə 31% olan Azure və digər bulud xidmətlərində artım bazar gözləntilərindən aşağı olub.
Microsoft-un Baş İcraçı Direktoru (CEO) Satya Nadella şirkətin balans hesabatını qiymətləndirərkən bildirib ki, şirkətin güclü performansı həm onun innovasiyasını, həm də müştərilərin Microsoft-a olan etibarını əks etdirir.
"Bu gün biz süni intellekt əsrinə rəhbərlik etməyimizi təmin etməklə genişmiqyaslı platformalarımızda müştərilərimizin kritik ehtiyaclarını qarşılamağa yönəlmişik", - Nadellabildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)






