Bu il AÇG və "Şahdəniz"dən mənfəət vergisi üzrə daxilolmalar proqnozu artırılıb
Bu il "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların proqnozu 280 milyon manat (75,7 %), "Şahdəniz" layihəsi üzrə isə 325 milyon manat (20,2 %) artırılıb.
Bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.
"Daxilolmaların proqnozu 2024-cü il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə, yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı “Azəri Light” markalı xam neftin bir barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları müəyyən edilməsi ilə yanaşı, 2023-cü ilin IV rübü və cari ilin yanvar-mart ayları üzrə neftin orta ixrac qiymətinin 87,2 ABŞ dolları təşkil etməsi ilə əlaqədar artırılıb", - arayışda deyilir.
Beləliklə, neft-qaz sektoru üzrə vergi daxilolmalarının 43,7 %-ini və ya 2 milyard manatını Azərbaycan Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 %-ini və ya 650 milyon manatını "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 %-ini və ya 1 milyard 930 milyon manatını isə "Şahdəniz" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma ilə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat, o cümlədən dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 769 milyon manat səviyyəsində təsdiq edilib. Dövlət Neft Fondunun transferti 12 milyard 781 milyon manat səviyyəsində gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





