Elektronika mağazaları alıcıların hüquqlarlını məhdudlaşdıran halları könüllü aradan qaldırblar
Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydaları pozulub, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər müqaviləyə daxil edilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçıları olan sahibkarlıq subyektləri - “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İntegral” QSC (“Maxi” mağazalar şəbəkəsi), “İrşad Electronics” MMC, “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultratek” MMC-nin (“Texnomart” mağazalar şəbəkəsi) rəsmi internet səhifələrinə baxış keçirilib. Nəticədə, “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İrşad Electronics”, MMC “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultratek” MMC (“Texnomart” mağazalar şəbəkəsi) tərəfindən zəmanət şərtlərinin, habelə malların dəyişdirilməsi və qaytarılması zamanı tətbiq edilən şərtlərin istehlakçıların hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdırdığı müəyyən edilib.
Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sözügedən sahibkarlıq subyektlərinə fəaliyyətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. Həmin məktublarda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə qüvvədə olan qanunvericilik aktlarının müddəaları diqqətə çatdırılıb.
Qeyd edilən sahibkarlıq subyektləri tərəfindən istehlakçı hüquqlarını məhdudlaşdıran hallar könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.
Məlumat üçün bildirilib ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və bu şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə istehlakçı həmin zərər məbləğinin təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
İstehlakçılar qanunvericiliklə təminat verilən hüquqlarının pozulması, yaxud onları məhdudlaşdıran hallarla üzləşdikləri halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi, elektron poçt ünvanı, birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
1 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
7 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
8 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















