Neftin qiymətinin 10 dollar düşməsi dövlət büdcəsinin gəlirlərini 100 milyon dollar azaldır - TƏHLİL
Azərbaycanın Maliyyə Nazirliyi xam neftin qiymətinin dəyişməsinin icmal büdcəyə təsirlərinə dair həssaslıq təhlili aparıb.
Marja.az təhlilə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri bir sıra fərziyyələrə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ortamüddətli dövr üçün sosialiqtisadi inkişaf göstəricilərinə, o cümlədən xam neftin qiymətinə əsaslanaraq proqnozlaşdırılır. Bu baxımdan, hal-hazırda dünyada gedən geosiyasi proseslər və iqtisadi trendlər fonunda enerji daşıyıcılarının qiymətinin dəyişməsinin icmal və dövlət büdcəsinə mümkün təsirlərinin təhlili xüsusi əhəmiyyət kəsb edir.
2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma ilə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat, o cümlədən dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 769 milyon manat təsdiq edilmişdir.
2024-cü il üzrə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam məbləğdə köçürülməsi şərtilə və cari ilin altı aylıq faktiki büdcə gəlirləri nəzərə alınmaqla 2024- cü ildə xam neftin 1 barelinin müxtəlif qiymət ssenarilərində dövlət büdcəsinin neft-qaz gəlirlərinin dəyişməsi aşağıdakı qrafikdə göstərilmişdir.
Aparılmış hesablamalara əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam məbləğdə köçürülməsi şərtilə cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin bir barelinin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi dövlət büdcəsinin neft-qaz gəlirlərinin orta hesabla təqribən 100 milyon manat artması və ya azalmasına səbəb olur.
2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin gəlirləri təqribən 0,8 milyard manat artması və ya azalmasına səbəb olur.
Belə ki, icmal büdcənin gəlirləri 65,0 ABŞ dolları ssenarisində 0,8 milyard manat (Dövlət Neft Fondunun gəlirlərinin 0.7 milyard manat və dövlət büdcəsinin neft-qaz gəlirlərinin 0,1 milyard manat azalması hesabına) az, 85 ABŞ dolları ssenarisində isə 0,8 milyard manat (Dövlət Neft Fondunun gəlirlərinin 0,7 milyard manat və dövlət büdcəsinin neft-qaz gəlirlərinin 0,1 milyard manat artması hesabına) çox olacağı gözlənilir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir.
Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsinin Fondun aktivlərinə təsirləri aşağıdakı qrafikdə təsvir olunmuşdur.
2024-cü ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla xam neftin bir barelinin müxtəlif qiymət ssenarilərində 01 yanvar 2025-ci il tarixinə Dövlət Neft Fondunun aktivlərinin aşağıdakı qrafikdə göstərilmişdir.
Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 01 yanvar 2025-ci il tarixinə Dövlət Neft Fondunun aktivlərinin təqribən 0,4 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























