Maliyyə Nazirliyinin 728 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
30 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201070197
Buraxılış həcmi: 60 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 728 gün
Faiz ödənişləri: 2025-ci il 28 yanvar, 2025-ci il 29 iyul, 2026-cı il 27 yanvar, 2026-cı il 28 iyul,
Faiz dərəcəsi (olduqda): 6.5 %
Ödəmə tarixi: 28.07.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
"İrşad"ın Yaşıl cümə kampaniyası real endirimlər təklif edir - 3 gün 70%-dək endirim olacaq!
- 18 saat əvvəl
-
19 saat əvvəl
Naxçıvan Muxtar Respublikasında Hemodializ Mərkəzi yaradılıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
“Azercell" "Turist” tarif paketləri və nömrələri üzrə istifadə müddətini artırır
-
20 saat əvvəl
Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTOLAR
-
1 gün əvvəl
Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB