Azərbaycanda ilk dəfə elektrik avtomobillərin yarışı baş tutacaq - ŞƏRTLƏR
"Əsas şərtimiz tam dolu batareyalar ilə Bakı-Nabran-Bakı məsafəsini qət etməkdir. Yarışın finalına keçmək üçün "Palma" istirahət mərkəzinə çatanda elektromobildə 50 faiz enerji ehitiyyatı qalmalıdır".Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin (elektromobillərin) yarışı baş tutacaq.
Yarışı Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) həyata keçirir. Bu tədbir barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib:
"Dərhal qeyd edim ki, bu sürət yarışı deyil, bəlkə də əksinə, ən rəvan və ekonomik hərəkət rejimi seçmiş ekipajlar qalib gələcək. Əsas şərtimiz tam dolu batareyalar ilə Bakı-Nabran-Bakı məsafəsini qət etməkdir. Yarışın finalına keçmək üçün "Palma" istirahət mərkəzinə çatanda elektromobildə 50 faiz enerji ehitiyyatı qalmalıdır. Aydındlr ki, bu Bakıya dönməyə zəmin yaradır. Növbəti mərhələdə hakimlər hansı elektromobillərdə faiz baxımından daha çox enerji qaldığını araşdıraraq, ilk 3 qalibi müəyyən edəcəklər.
Məqsədimiz cəmiyyətə nümayiş etdirməkdir ki, müasir elektromobillər uzaq məsafələrə səyahətlər üçün tam hazırdır. Gəlin xatırlayaq, bu yaxınlarda elektromobildə dünya səyahətinə çıxmış ispaniyalı həvəskar pilot Rafael Mestrenin marşrutu Bakıdan keçirdi. Məhz onunla görüşdən sonra bizdə belə yarışın ideyası yarandı. 2-3 avqust tarixində keçiriləcək yarış insanlarımızın sevimli istirahət məkanı olan Nabranda parlaq elektromobillər festivalı ilə yekunlaşacaq.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və "yaşıl artım ölkəsinə" çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsəində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA silsilə tədbirlər həyata keçirməkdə davam edir. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (KOP29) ev sahibliyi etməyə hazırlaşdığı dövrdə bu sayaq tədbirlər xüsusi məna daşıyır. Elektromobillərlə yarışacağımız növbəti marşrutlar kimi Şəki və Gəncə nəzərdə tutlur".
Qeyd edək ki, AADA sıralarında 50-dən çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir. Təşkilatın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
52 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























