Qlobal bankdan neft ilə bağlı yeni proqnoz
Morgan Stanley gələn il neft bazarında profisit olacağını gözləyir.Qlobal investisiya bankı "Morgan Stanley" bildirib ki, xam neft bazarı hazırda gərgindir (tələb artıb - red), lakin gələn il Brent markalı neftin qiyməti 70 dollar ətrafına düşüəcək və bazarda təklif artıqlığı (profisit) olacaq.
Marja xəbər verir ki, Bankın cümə günü yaydığı hesabatda deyilir ki, yüksək təlabat üçüncü rübün böyük hissəsində davam edəcək, lakin dördüncü rübdən başlayaraq "mövsümi tələbin azalması, həm OPEC, həm də qeyri-OPEC ölkələrində hasilatın artıma qayıtması" ilə əlaqədar olaraq təklif bolluğu yaranacaq.
"Morgan Stanley" qeyd edib ki, OPEC və qeyri-OPEC ölkələri hasilatı 2025-ci ildə gündəlik təxminən 2,5 milyon barel artıracaqlar, bu da tələb artımını xeyli üstələyir.
Bildirilib ki, neft emalı zavodlarının fəaliyyəti bu ilin avqustunda pik həddə çatacaq və 2025-ci ilin iyul ayına kimi bu səviyyəyə qayıtması ehtimalı azdır.
"Morgan Stanley" 2024-cü ilin üçüncü rübü üçün Brent markalı neftin qiyməti proqnozunu dəyişməyərək 86 dollar/barel səviyyəsində saxlayıb. Bu ayın əvvəlində digər qlobal bank "Goldman Sachs" da üçüncü rüb üçün proqnozunu bir barel üçün orta hesabla 86 dollar səviyyəsində saxlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







